Bakıda bağlanan yollar açılıb

Bakıda bağlanan yollar açılıb
# 20 yanvar 2023 19:10 (UTC +04:00)

"20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bunu APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

O bildirib ki, paytaxt yollarında hərəkət tam olaraq açıqdır.

Qeyd edək ki, 20 Yanvar-Ümümxalq Hüzn günü ilə əlaqədər bəzi yollarda hərəkət məhdudlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR