Bakıda Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi keçirilir

Bakıda Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi keçirilir
# 11 sentyabr 2019 11:01 (UTC +04:00)

Bu gün Azərbaycan Tibb Universitetində akademik Böyükkisi Ağayevin xatirəsinə həsr olunmuş XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi başlayıb.

APA-nın məlumatına görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb.

Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Böyükkişi Ağayevin bu konqresin ərsəyə gəlməsində böyük rolu olduğunu bildirib və tədbirə olan marağın 23 ildə daha da artdığını vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin dəyişməz məkanına çevrilib. Bu da Prezident İlham Əliyevin səhiyyəyə olan diqqətinin göstəricidir. Millət vəkili konqresin Böyükkişi Ağayevsiz keçirilməsinə təəssüfləndiyini bildirib.

Sonda akademik Böyükkişı Ağayevin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda XVIII dəfə keçirilən konqres 4 gün davam edəcək. Konqresdə 25 ölkədən 150-yə yaxın cərrahın iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR