Bakıda beynəlxalq təhsil forumu keçirilib

Bakıda beynəlxalq təhsil forumu keçirilib
# 28 sentyabr 2022 14:46 (UTC +04:00)

Qərbi Kaspi Universiteti və dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" təşkilatının birgə təşkilatçılığı ilə Bakıda beynəlxalq təhsil forumu keçirilib.

APA xəbər verir ki, Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov qonaqları salamlayaraq yeni dünya düzənində universitetlər qarşısında çağırışlar fonunda Qərbi Kaspi Universitetinin atdığı addımlara toxunub, bu yöndə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın səmərəli olduğuna diqqət çəkib.

“Davamlı gələcək üçün tərəfdaşlar” mövzusuna həsr olunan Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, təhsilin üzləşdiyi problemlər və onların həlli yolları nəzərdən keçirilib.

Tədbirdə ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malayziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və s. onlarla ölkədən tədqiqatçı, professor, ekspertlər fiziki və onlayn rejimdə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR