Bakıda işçinin məktəbə buraxılmamasına aydınlıq gətirilib - VİDEO - YENİLƏNİB

Bakıda işçinin məktəbə buraxılmamasına aydınlıq gətirilib - VİDEO   - YENİLƏNİB
# 31 mart 2023 10:44 (UTC +04:00)

Sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib.

Bu barədə APA-ya məktəbdən bildirilib. Qeyd edilib ki, işdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur:

"Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.

Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

***

10:09

Bakı şəhəri R.Əliyev adına 3 nömrəli məktəbdə işçinin içəri buraxılmaması səbəbindən mübahisə yaşanıb.

APA xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Qeyd olunur ki, məktəbin direktoru qapıları bağlatdıraraq, işçinin içəri daxil olmasına maneə yaradıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR