Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub
# 24 dekabr 2021 07:00 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Səmədov Coşqun Həmid oğlu yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu avtomobil vurub. Qəza nəticəsində xəsarət alan C.Səmədov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR