Bakıda güclü külək gözlənilir, rayonlara qar yağacaq - Xəbərdarlıq

Bakıda güclü külək gözlənilir, rayonlara qar yağacaq - Xəbərdarlıq
# 02 yanvar 2022 13:09 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında yanvarın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 04-də isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Azərbaycanın rayonlarında yanvarın 02-si axşamdan 03-ü günün ikinci yarısınadək, 04-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 02-04-də qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR