Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib
# 15 noyabr 2022 09:26 (UTC +04:00)

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə APA-ya BNA-dan xəbər verilib.

Bildirilib ki, hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR