Bakıda “Küləyə qalib gəl” şüarı ilə marafon keçiriləcək - VİDEO

Bakıda “Küləyə qalib gəl” şüarı ilə marafon keçiriləcək - VİDEO
# 04 may 2022 15:59 (UTC +04:00)

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2022” keçiriləcək.

Fonddan APA-ya verilən xəbərə görə, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək.

Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək.

Yarışda iştirak üçün qeydiyyat mayın 10-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu - 2022”nin saytına - www.marathon.az müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR