Bakıda M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakıda M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılır
# 03 sentyabr 2022 16:04 (UTC +04:00)

Bakıda Sentyabrın 5-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, BNA-nın müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR