Bakıda nəqliyyat axınına maneə yaradan avtobus dayanacağının yeri dəyişdirilib

Bakıda nəqliyyat axınına maneə yaradan  avtobus dayanacağının yeri dəyişdirilib
# 11 sentyabr 2019 16:34 (UTC +04:00)

Bakıda nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, aparılan təhlillər nəticəsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağının nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığı müəyyən edilib: "Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib".

BNA-dan bildirilib ki, yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR