Bakıda peşə festivalı keçirilib - FOTO

Bakıda peşə festivalı keçirilib - FOTO
# 02 iyul 2022 13:37 (UTC +04:00)

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində İçərişəhər Qoşa Qala meydanında “Bir Peşənin Sirri” adlı festival təşkil olunub.

APA xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin peşə təhsili haqda məlumatlılığın artırılması və bu prosesə cəlb edilməsini təmin etməkdir.

Festivalda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini - Ceyhun Kərəmov, Təhsil nazirinin müavini - İdris İsayev, Avropa İttifaqının Azərbaycandakı səfiri - Peter Mixalko, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən - Çaru Bista, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri - Mustafa Abbasbəyli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri - Şahin Seyidzadə və digərləri iştirak edib.

Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş olunub.

Bundan başqa, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar, viktorinalar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR