Bakıda qəza zamanı çəkiliş aparan jurnalistlərə hücum edilib - FOTO

Bakıda qəza zamanı çəkiliş aparan jurnalistlərə hücum edilib  - FOTO
# 07 iyun 2022 03:25 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə "DSK" kimi tanınan yolda qeydə alınıb.

Belə ki, “Nİssan markalı minik avtomobilinin sürücüsü geriyə dönmək istəyərkən “Niva” markalı maşın “Nissan”-ya çırpılıb.

Qəza nəticəsində “Nissan”-da olan bir nəfər xəsarət alıb.

Qəzanı işıqlandıran jurnalistlər hadisə şahidləri və avtomobil sürücüləri tərəfindən təzyiqlə üzləşib.

Həmin şəxslər operator və jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədərək onları vurmağa başlayıb.

Jurnalistlər polisə məlumat verdikdən sonra edilən təzyiqlərdən zorla yaxa qurtarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR