Bakıda vulkan püskürüb - YENİLƏNİB 2 - VİDEO

Bakıda vulkan püskürüb  - YENİLƏNİB 2  - VİDEO
# 11 avqust 2022 11:29 (UTC +04:00)

11.08.2022-ci ildə yerli vaxtla 09:36-da da palçıq vulkanı püskürüb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Lökbatan palçıq vulkanının episentr xəritəsi

Tarix

Vaxt

UTC

Koordinatlar

h,

Δ km

ml

Davam.

müddəti

φ

λ

1

11.08.2022

05:36:47.06

40.30

49.71

3

1.4

5 dəq.12s

Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.

Lökbatan vulkanının dalğa forması

11:23

Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatanda palçıq vulkanının püskürməsiilə bağlı məlumat yayıb.

İnstitutdan APA-ya verilən xəbərə görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumatda bildirilib ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

11:08

Bakı yaxınlığında palçıq vulkanı püskürüb.

APA xəbər verir ki, vulkan püskürməsi Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzi faktı APA-ya təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR