Bakıda yenidən Avropa Şəhərciyi təşkil olunub - FOTO

Bakıda yenidən Avropa Şəhərciyi təşkil olunub - FOTO
# 14 may 2022 13:44 (UTC +04:00)

Dördillik fasilədən sonra Avropa Şəhərciyi yenidən Bakıda təşkil olunub.

APA xəbər verir ki, rəsmi açılış mərasimində Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin iştirak edib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışında deyib ki, Avropa Şəhərciyi Avropaya açılan pəncərədir:

“Bu, Avropa İttifaqının təşkil etdiyi zəngin mədəniyyət və müxtəliflikləri görmək, öyrənmək və zövq almaq imkanıdır. Biz bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən və onlara Aİ ilə Azərbaycanın birgə qurduqları möhkəm tərəfdaşlıq haqqında məlumat verməkdən məmnunuq” - o bildirib.

O deyib ki, sonuncu tədbir 4 il əvvəl baş tutub və bu illərdə istər Aİ, istərsə də Azərbaycanda böyük hadisələr baş verib:

"Son iki ildə dünya pandemiya ilə mübarizə aparıb, Aİ bu mübarizədə ölkələrə dəstək verib, həmçinin də Azərbaycana".

Diplomat deyib ki, bu tədbir Aİ-ni tanımağa, Aİ-nin Azərbaycanda gördüyü işlər, əməkdaşlıq layihələri barədə öyənmək üçün bir fürstədir.

Daha sonra tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini çıxış edib. O bildirib ki, son 4 ildə Azərbaycanın tarixində böyük dəyişiklik olub:

"Dünya pandemiya ilə mübarizə aparanda Azərbaycan başqa bir müharibədə idi, Qarabağ savaşında. Qəhrəman övladlarımız canlarını qurban edib, Azərbaycan torpağı savaşa şahidlik edib, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib".

Nazir müavini deyib ki, Azərbaycan heç kimin inanmadığı bir qələbəyə nail olub:

"Baxmayaraq ki, bu müharibədə yeni texnologiyalardan istifadə edilib, lakin savaşda ən əsası vətən uğurnda savaşmaq, onun müdafiəsinə əsaslanan insan ruhudur".

Nazir müavini Azərbaycanın müxtəlif mədəniyyətlərə hörmət etdiyini, lakin etnik fərqlərdən asılı olmayaraq sülh içində yaşamağı təşviq etdiyini qeyd edib.

O deyib ki, Aİ Azərbaycanın vacib tərəfdaşıdır, bu yalnız ticarət yox, mədəniyyət sahəsində də belədir:

""Biz öz mədəniyyətimizin tanınmasını, Avropanın zəngin mədəniyyətinin elementləri ilə zənginləşməsini istəyirik".

Qeyd edək ki, Avropa Şəhərciyi tədbirinin proqramı bütün yaş qruplarını əhatə edir.

Avropa Şəhərciyinin ziyarətçiləri Fidan Hacıyevanın Vokal məktəbində Avropa mahnıları ifa edəcək, Uşaq kitab guşəsində nağıl personajları ilə kitab oxuyacaq, Məmmədyarovlar Şahmat Məktəbində yarışlara qatılacaq, mini-qatarla pulsuz səyahət edəcəklər. Hamı üçün Sağlam Həyat stendindəki maraqlı yarışları zumba məşqləri əvəz edəcək. "Neftçi" futbol klubunun kapitanı Emin Mahmudov və onun komanda yoldaşları AFFA-nın qurduğu mini-futbol meydançasında futbol həvəskarları üçün çıxışlar ediblər.

Ziyarətçilər Aİ-yə üzv dövlətlərin stendlərindən daha çox məlumat əldə edəcəklər. Aİ-nin Azərbaycanda dəstəklədiyi layihələrlə yaxından tanışlıq onlara suallara cavab aramağa imkan verəcəkdir. ERASMUS + layihəsi Avropada təhsil yolları barədə gənclərə məlumat və məsləhət verəcəkdir. Layihələrin stendlərində ziyarətçilər fotosərgilərlə tanış olacaq, misgərlik məmulatlarının hazırlanması, vitraj rəsmlərinin çəkilməsi kimi ustad dərslərinə qatılacaqlar.

"Avropa Şəhərciyi 2022" axşam saatlarına qədər ziyarətçilərə açıq olacaq. Saat 18:00-dan axşam saat 21:00-dək axşam konserti ilə Avropa Şəhərciyi 2022-nin bağlanış mərasimi baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR