Bakıda yol təmiri aparılan küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda yol təmiri aparılan küçədə hərəkət məhdudlaşdırılacaq
# 13 sentyabr 2022 15:25 (UTC +04:00)

Sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılır.

APA xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təmir işləri yalnız gecə saatlarında icra olunacaq, ərazidə qismən məhdudlaşma tətbiq olunacaq:

"Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR