Bakının bəzi yollarında tıxac var - SİYAHI

Bakının bəzi yollarında tıxac var - SİYAHI
# 16 iyun 2022 09:05 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti Olimpiya stadionunun qarşısından başlayaraq Asan xidmətin qarşısına qədər sıxlıq müşahidə edilir.

2. Bakı Sumqayıt şossesi Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər Moskva prospektidə daxil olmaqla sıxlıq müşahidə edilir

3. Tbilisi prospekti Moskva prospekti ilə kəsişmədən başlayaraq Çıraq Plazanın qarşısına qədər sıxlıq müşahidə edilir.

4. Koroğlu Rəhimov küçəsi F.Xoyski küçəsi ilə kəsişmədən başlayaraq Xətai prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

5. Üzeyir Hacıbəyli küçəsi Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

6. Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq 20 Yanvar dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir

7. Babək prospekti Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən başlayaraq Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR