Bakının bir neçə məktəbində icma birlikləri fəaliyyət göstərəcək

Bakının bir neçə məktəbində icma birlikləri fəaliyyət göstərəcək
# 03 avqust 2022 15:36 (UTC +04:00)

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin bir qrup məktəb direktorları ilə görüşü keçirilib.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, görüşdə təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, sədr müavini Gülməmməd Məmmədov, katibi Rüfət Əsədzadə, Təhsil İnstitutunun əməkdaşları Könül Abaslı, Leyla Sultanlı, Heydər Rzayev və məktəb direktorları iştirak ediblər.

Görüşdə məktəb-ailə münasibətlərinin tənzimlənməsi, qarşılıqlı əməkdaşlığın daha səmərəli müstəviyə köçürülməsi üçün çevik və şəffaf mexanizmlərin formalaşdırılması məqsədilə görülən işlər və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.

Həmçinin məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı aparılmış tədqiqatlar barədə məlumatlar verilib, məktəb-ailə münasibətlərinin təhsilin inkişafına təsirini nəzərə alaraq məktəb, ailə, icma birliklərinin sentyabrdan bir neçə məktəbdə pilot layihə kimi tətbiq ediləcəyi diqqətə çatdırılıb.

Məktəb, ailə və icma münasibətlərinin tənzimlənməsi məqsədilə tətbiq olunacaq pilot layihə ilə bağlı müvafiq təklif və tövsiyələr səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR