Bakının dondan-dona girən dilənçiləri: onlar kimdir? - XÜSUSİ REPORTAJ

Bakının dondan-dona girən dilənçiləri: onlar kimdir?  - XÜSUSİ REPORTAJ
  • Clock-gray 15:02
  • calendar-gray 19 Avqust 2019

Onlar əsasən qaş qaralanda - metro çıxışlarında, yol ayrıcları, yaxud işıqforların yanında peyda olur. Avtomobillərin üstünə atılaraq, “bir nəzir ver” deyib, min dil tökürlər. Hətta hansısa filmin və ya tamaşanın ən dramatik anında təcrübəli aktyorların belə bacara bilmədiyi “ağlamağın” öhdəsindən ustalıqla gəlirlər. Söhbət paytaxtın müxtəlif ərazilərində “bazar quran” dilənçilərdən gedir.

Axşam saatlarında müxtəlif ərazilərə sadəcə baş çəkdik. Onların kameralara xüsusi aqressiyasıının olduğunu bilirdik. Buna görə də əvvəlcə kəşfiyyat xarakterli addımlar atdıq. Gəlişimizdən xəbərsiz olanlar varı idi. 

Lakin çox gizlənə bilmədik. Dilənçilərin əks-kəşfiyyatı ərazidəki mövcudluğumuzu aşkar etdi. Və... Pərən-pərən düşən kim, bir göz qırpımında təğyiri-libas olan kim... 

Kameramızın qarşısında spontan alınan bu səhnədə baş verənlər dediyim kimi - daha maraqlı vəziyyətlər almağa başladı. Bayaqdan əlində əsa, ötüb-keçənlərdən pul dilənən gördüyünüz bu şəxs kameranı sezən kimi dönüb “başqa adam” oldu.

Artıq onlarla gizlənqaç oynamağın mənasız olduğunu anladıq və “28 May” metro stansiyası yaxınlığında işimizə başladıq.

Qarşılaşdığımız bu “gənclər” də yollarda maşınların önünü kəsərək, yalvar-yaxarla pul alanlardır. Təhsildən, hansısa peşədən kənar bu şəxslər çəkiliş zamanı bizə küçə söyüşləri söyməkdən belə çəkinmədilər.

Statistik nəticələrə görə, dilənçilərin əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır. Hətta hərbi xidmətdən yayınanlar da var. Bu tip insanların kriminal meylliliyi də müşahidə olunur. Onlar “fəaliyyətlərinə mane olan” istənilən şəxsə qarşı kobud, aqressiv davranışla diqqət çəkir. Ümumiyyətlə, mütəşəkkil dəstə şəklində çalışan və hərəkət edən dilənçilər insanların xeyirxahlığından və etibarından sui-istifadə edərək, böyük məbləğdə pullar qazanır.

APA TV

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date