Baş prokuror Sabirabadda vətəndaşları qəbul edib - FOTO

Baş prokuror Sabirabadda vətəndaşları qəbul edib - FOTO
# 12 yanvar 2023 15:53 (UTC +04:00)

Yanvarın 12-də Baş prokuror Kamran Əliyev Sabirabad rayon prokurorluğunun inzibati binasında Sabirabad, Saatlı, İmişli həmçinin digər rayonlardan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 34 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR