Baş Prokuror Xaçmazda vətəndaşları qəbul edib - FOTO

Baş Prokuror Xaçmazda  vətəndaşları qəbul edib - FOTO
# 02 sentyabr 2022 16:36 (UTC +04:00)

Bu gün Baş prokuror Kamran Əliyev Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba və Qusar rayonlarının sakinlərini qəbul edib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 30 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Quba və Qusar rayon prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR