Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 6 ayda 7721 müraciət edilib

Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 6 ayda 7721 müraciət edilib
# 15 avqust 2022 11:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 7721-dir.

Bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, ötən yarımildə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olub, vətəndaşların onları maraqlandıran 7425 müraciəti üzrə müvafiq hüquqi izahlar verilib, müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmaqla 2 müraciət üzrə cinayət işləri başlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR