Baş Prokurorluğun informasiya sistemləri “Hökumət buludu”na keçəcək

Baş Prokurorluğun informasiya sistemləri “Hökumət buludu”na keçəcək
# 28 iyun 2022 11:04 (UTC +04:00)

Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi genişləndirilib.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarında əksini tapıb.

Qərara əsasən, “Elektron prokurorluq” informasiya sistemi Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin siyahısına əlavə olunub.

Eyni zamanda “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınan əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”na “Elektron prokurorluq” informasiya sistemi əlavə edilib.

Həmçinin, Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na Azərbaycan Respublikasının Baş Prokurorluğu da əlavə edilib. Bununla da Azərbaycanda informasiya sistemləri və ehtiyatları mərhələli “Hökumət buludu”na keçəcək dövlət qurumlarının sayı 91-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR