Baş Prokurorluğun mətbuat xidmətinə yeni təyinat olub

Baş Prokurorluğun mətbuat xidmətinə yeni təyinat olub
# 10 yanvar 2023 19:15 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinə yeni təyinat olub.

APA xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Ucar rayon prokurorunun köməkçisi Aysel Həsənova bu vəzifəyə təyinat alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiq olunub.

Qeyd edək ki, Aysel Həsənova ilə yanaşı 5 nəfər qadın əməkdaş da vəzifədə irəli çəkilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin müvafiq şöbələrində prokuror vəzifələrinə təyin olunub.

Ümumiyyətlə, prokurorluq orqanlarında son vaxlar bir sıra xanım əməkdaş vəzifələrində irəli çəkilib. 2020-ci ilin may ayından hazırkı vaxtadək 41 nəfər qadın əməkdaş vəzifədə irəli çəkilib, onlardan 9 nəfər rəhbər vəzifələrdə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR