Baş Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər - FOTO

Baş Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər - FOTO
# 29 sentyabr 2022 11:38 (UTC +04:00)

Sentyabrın 26-da Baş Prokurorluğun əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 104 illiyi ərəfəsində ənənəvi olaraq Bakı şəhəri ərazisində yerləşən müxtəlif uşaq evlərini ziyarət ediblər.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, ziyarət çərçivəsində prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri ilə maraqlanıb, onlara hədiyyələr təqdim ediblər.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR