Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib
# 03 iyun 2022 11:39 (UTC +04:00)

Baş Prokurorluqda “Elektron cinayət işi” proqramının yenilənmiş versiyası və “Elektron cinayət xəritəsi” proqramının təqdimatı keçirilib.

APA xəbər verir ki, Baş Prokurorluğun Binəqədi rayonu, Dərnəgül sahəsində yerləşən inzibati binasında keçirilən tədbiri Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov giriş nitqi ilə açıb. İdarə rəisi prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi barədə iştirakçılara məlumat verib.

İdarənin mühəndis-proqramçıları tərəfindən proqramların funksiyaları barədə geniş izah verilib.

Qeyd olunub ki, proqram daxili şəbəkədir, qlobal çıxışı yoxdur. Prokurorlar yalnız öz icraatında olan işlərə daxil ola bilər. Ümumi sistemdə bütün işlərə idarə, rayon prokurorları, Baş Prokuror, onun müavinlərə daxil ola bilər.

Tədbirdə ölkədən istintaq aparan hüquq-mühafizə orqanları və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR