Baş Prokurorluqda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

Baş prokurorluq

© APA | Baş prokurorluq

# 17 yanvar 2023 17:45 (UTC +04:00)

Prokurorluq orqanlarında aparılan islahatların davamı olaraq dövlət qulluğunun inzibati vəzifələrinin layiqli və peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Baş Prokurorluqda vakant bir sıra dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir.

Müsahibədə iştirak etmək istəyən namizədlər 13 fevral 2023-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar məlumat əldə etmək mümkündür.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR