Baş Prokurorluqda yeni idarə və şöbə rəisləri təyin olunub

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 27 aprel 2022 18:40 (UTC +04:00)

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Tural Aslanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Rövşən Abdullayev Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə rəis təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR