BDU-da beynəlxalq elmi konfrans keçirilib - FOTO

BDU-da beynəlxalq elmi konfrans keçirilib - FOTO
# 29 sentyabr 2022 11:40 (UTC +04:00)

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunan “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Rəfiqə Əliyeva ölkədə kimya elminin inkişafına böyük töhfələr verib: “Eyni zamanda Azərbaycan kimya elmini dünyada şöhrətləndirib”.

Mərhumun qızı Sevinc Hacıyeva qeyd edib ki, akademik Rəfiqə Əliyevanın əsl Azərbaycan qadınına məxsus olan xarakterik xüsusiyyətləri onu gəncliyindən ömrünün sonuna kimi müşayiət edib:

“Bütün bu keyfiyyətlər ilk növbədə Rəfiqə xanımın mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. Anam hər zaman zəkaya inandığını bildirirdi. Kimya elmi ilə bağlı istedadlı gəncləri hər zaman ətrafına toplayırdı. Onun yetişdirdiyi insanlar bu gün ölkədə və hüdudlarında peşə sahibidirlər”.

Daha sonra dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin məktubu oxunub, konfrans çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR