BDU-nun rektoru Ankara Universitetinin rektorunu qəbul edib 

BDU-nun rektoru Ankara Universitetinin rektorunu qəbul edib 
# 30 may 2022 14:03 (UTC +04:00)

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Türkiyənin Ankara Universitetinin rektoru Necdet Ünüvarı qəbul edib.

Rektor Elçin Babayev qonağa Azərbaycanın ən böyük və ilk universiteti olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirildiyini bildirib. Qeyd edib ki, tədqiqat universiteti statusunu almağa hazırlaşan BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindən biri də beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsidir. Elçin Babayev qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın və ikili diplom proqramlarının qəbulunun BDU üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Ankara Universitetinin rektoru Necdet Ünüvar da rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib, BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Görüşdə BDU və Ankara Universiteti arasında ikili diplom proqramlarının qəbulu, birgə tədqiqatların aparılması, ortaq konfrans və simpoziumların keçirilməsinə dair razılığa gəlinib.

Görüşün sonunda Necdet Ünüvar BDU ərazisini gəzib, Universitetdə yeni yaradılan Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin tikilməkdə olan binası ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR