Tibb müəssisələrində bədxassəli yenitörəmələr diaqnozu ilə 62 385 nəfər xəstə qeydiyyatdadır.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla ümumilikdə 13 924 nəfər bədxassəli yenitörəmələr diaqnozu ilə qeydə alınıb. Onların 6 602 nəfəri kişi, 7 322 nəfəri isə qadın olub.