Beş yeni reabilitasiya mərkəzi yaradılacaq

Beş yeni reabilitasiya mərkəzi yaradılacaq
# 22 iyul 2022 14:15 (UTC +04:00)

Əlilliyi olan şəxslərin reabilitasiyası məqsədilə reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi, onların reabilitasiya infrastrukturuna əlçatanlığının təmin edilməsi nəzərdə tutulub.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Planın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti qurumlar Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyidir.

Hazırda 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. 2023-2025-ci illər ərzində hər il 1 yeni reabilitasiya müəssisəsi fəaliyyətə başlayacaq.

2026-cı ilin sonuna qədər isə 5 yeni reabilitasiya müəssisəsinin fəaliyyəti təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR