Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzulidə olub - FOTO - VİDEO

Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzulidə olub - FOTO  - VİDEO
# 29 sentyabr 2022 11:44 (UTC +04:00)

Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun xarici iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında olublar.

APA xəbər verir ki, qonaqlara aeroportun gələcəkdə region üçün iqtisadi əhəmiyyətindən danışılıb.

Qeyd olunub ki, bölgədə turizmin inkişafı üçün aeroport qonaqların qəbuluna hazırdır.

Sonra xarici iştirakçılar Füzuli rayonunun Merdinli kəndinə baş çəkiblər.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qonaqları Merdinli kənd məscidi ilə tanış edib.

Qonaqların diqqətinə kənd məscidinin işğal dövründə ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi çatdırılıb.

Daha sonra dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR