Beyləqanda qəza olub, avtomobil yanıb

Beyləqanda qəza olub, avtomobil yanıb
# 16 may 2022 09:40 (UTC +04:00)

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "ГАЗ" markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR