Beynəlxalq ikili diplom proqramı çərçivəsində daha iki ixtisas üzrə qəbul aparılacaq

Beynəlxalq ikili diplom proqramı çərçivəsində daha iki ixtisas üzrə qəbul aparılacaq
# 09 iyun 2023 12:41 (UTC +04:00)

Bu ili beynəlxalq ikili diplom proqramı çərçivəsində daha iki ixtisas üzrə qəbul aparılacaq.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, bunlardan biri Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrabəni Universiteti arasında imzalanan memorandumla Biotexnologiya ixtisasıdır:

"Digəri isə Azərbaycan Dövlət Neft və Snaye Universiteyi ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında imzalanan memoranduma Bərpaolunan enerji ixtisasıdır. Biotexnologiya üzrə 25, Bərpaolunan enerji ixtisasında isə 48 yer nəzərdə tutulub.Hər iki ixtisasa qəbul magistratura səviyyəsi üzrə aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR