Beynəlxalq olimpiada qalibləri xaricdə təhsillə bağlı müsahibədən azad ediləcək

Beynəlxalq olimpiada qalibləri xaricdə təhsillə bağlı müsahibədən azad ediləcək
# 03 iyun 2022 16:21 (UTC +04:00)

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda bakalvr səviyyəsi üçün beynəlxalq olimpiada qaliblərinə üstünlük veriləcək və onlar müsahibədən azad ediləcəklər“.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.

Onun sözlərinə görə, onlar sadəcə sənədlərini təqdim edecəklər: "Eyni zamanda, digər şəxslər üçün də imkan yaradılır. Namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması tələblər sırasındadır. Həmçinin beynəlxalq təhsil proqramlarını bitirənlər də bakalavr üçün namizəd ola bilərlər. İELTS, C1 sertfikatı da tələblər arasında olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR