Beynəlxalq səyyahlar Şuşaya səfər edib, Cıdır düzündə olublar - FOTO - YENİLƏNİB

Beynəlxalq səyyahlar Şuşaya səfər edib, Cıdır düzündə olublar - FOTO  - YENİLƏNİB
# 04 fevral 2023 13:51 (UTC +04:00)

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Şuşa şəhəri ilə tanış olub.

APA-nın xəbərinə görə, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Cıdır düzündə olub.

Daha sonra səyyahlar şəhərin digər tarixi ərazilərini gəziblər. Onlara Şuşanın tarixi, mədəniyyəti, işğal dövründə məruz qaldığı dağıntılar barədə məlumat verilib.

***

12.09

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Şuşaya səfər edib.

APA-nın xəbərinə görə, 12 ölkə - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Şuşa şəhəri ilə tanış olmağa başlayıb.

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə də olublar.

Onlara eko-fəalların aksiyasının keçirilmə səbəbləri barədə məlumat verilib.

Qeyd edək ki, bu gün beynəlxalq səyyahlar heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar bu gün səhər Füzuli rayonuna səfər edib, Füzuli Beynəlxalq Hava Limanında olublar.

Daha sonra səyyahlar işğaldan azad olunmuş Xocavənd rayonuna gəlib, tarixi Azıx mağarası ilə tanış olublar.

Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR