Biləcəri-Baksol yolunda hərəkət dayandırılacaq

Biləcəri-Baksol yolunda hərəkət dayandırılacaq
# 07 may 2022 16:55 (UTC +04:00)

Binəqədi rayonu, Mirzə Abdin küçəsində (Biləcəri-Baksol yolu) yerləşən dəmiryolu körpüsündə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gecə saat 00:00-04:00 arası avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

APA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

AAYDA sürücülərdən qeyd edilən saatlarda öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR