Bir sıra ölkələrdən diri quşların Azərbaycan ərazisindən tranziti məhdudlaşdırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı

© APA | Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı

# 11 yanvar 2022 18:02 (UTC +04:00)

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiyanın Buryatiya Respublikasında nodulyar dermatit, Portuqaliyanın Santaren dairəsində, Polşanın Nijnesilezsk inzibati ərazisində, Çexin Yihomoravsk diyarında, Bolqarıstanın Haskovo və Staro-Zaqora vilayətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Buryatiya Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən Portuqaliyanın Santaren dairəsindən, Polşanın Nijnesilezsk inzibati ərazisindən, Çexin Yihomoravsk diyarından, Bolqarıstanın Haskovo və Staro-Zaqora vilayətlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycanın ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyanın Buryatiya Respublikasından, Portuqaliyadan, Polşadan, Çexdən və Bolqarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR