Bir yaşlı oğlunu evdən həyətə tullayan şəxs məhkəmə qarşısına çıxarılır

Bir yaşlı oğlunu evdən həyətə tullayan şəxs məhkəmə qarşısına çıxarılır
# 11 avqust 2022 19:57 (UTC +04:00)

Bakıda 1 yaşlı oğluna ağır xəsarət yetirən Samir Ağakərimovun cinayət işi ilə bağlı ilkin istintaq başa çatıb.

APA xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Xatırladaq ki, hadisə bu ilin aprel ayında Yasamal rayonunda baş verib.

Rəsmi məlumata görə, Yasamal Rayon Polis İdarəsinə 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Samir Ağakərimov Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR