Birgə maliyyələşmə proqramı üzrə işlə təmin edilənlərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 08 avqust 2022 16:09 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əmək haqqının maliyyələşdirilməsi” proqramı üzrə 2022-ci ilin 7 ayı ərzində 1018 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.

Nazirlikdən APA-ya bildirilib ki, bunlardan 379 namizəd artıq işə qəbul prosesini tamamlayıb.

Proqram üzrə cari ilin ötən dövründə 100-dək, ümumilikdə isə 288 işəgötürənlə əməkdaşlığa başlanılıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 911 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əmək haqlarının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR