Birinci vitse-prezident Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
  • Clock-gray 17:22
  • calendar-gray 25 İyun 2019

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

APA xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date