Bitki sağlamlığının izlənilməsi üzrə fitosanitar informasiya sistemi yaradılır

Bitki sağlamlığının izlənilməsi üzrə fitosanitar informasiya sistemi yaradılır
# 24 may 2022 11:59 (UTC +04:00)

"İşğaldan azad olunan ərazilərdə müxtəlif bitki xəstəliklərindən, virus və bakteriyalardan azad zonaların yaradılması ilə bağlı işlər həyata keçirilir".

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Kənd Təsərrüfatı Nazliyi və aidiyyəti orqanlarla birlikdə icra olunur.

"Bildiyiniz kimi, dünya praktikasında heyvan mənşəli məhsulların olduğu kimi, bitki məhsullarının izlənilməsi sistemi mövcuddur. Ona görə də, bitki sağlamlığının izlənilməsi üzrə fitosanitar informasiya sisteminin yaradılması üzərində də iş aparılır", - deyə Elxan Mikayılov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR