Blinkenin müavini Çinin Vaşinqtondakı yeni səfiri ilə görüşüb

Blinkenin müavini Çinin Vaşinqtondakı yeni səfiri ilə görüşüb
# 26 may 2023 07:33 (UTC +04:00)

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Çinin Vaşinqtondakı yeni səfiri Se Fenlə görüşüb.

APA xəbər verir ki, bu barədə Nuland "Twitter" səhifəsində paylaşım edib.

"Açıq dialoq Çin ilə münasibətlərimiz üçün çox vacibdir", - deyə o, qeyd edib.

Se Fen mayın 23-də Vaşinqtona gəlib.

Vaşinqtona səfir təyin olunmazdan əvvəl o, 2021-ci ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR