BMT-nin Baş katibi Holokost qurbanlarının anım günü ilə əlaqədar videomüraciət yayıb

BMT-nin Baş katibi Holokost qurbanlarının anım günü ilə əlaqədar videomüraciət yayıb
# 27 yanvar 2023 12:53 (UTC +04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Holokost qurbanlarının beynəlxalq anım günü ilə əlaqədar videomüraciət yayıb.

BMT-nin Azərbaycan Nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Bu gün, biz Holokost qurbanlarının xatirəsini ehtiramla yad edirik. Biz, qətlə yetirilmiş altı milyon Yəhudi uşaq, qadın və kişini, habelə Roma və Sinti xalqlarının nümayəndələri, əlilliyi olan insanları və başqalarını unutmamışıq.
Həyatı yarıda qalmış və gələcəkləri əlindən alınmış milyonlarla insan haqqında düşünürük.

Bu qədər insan itkisini anarkən Holokostun qaçılmaz olmadığını qəbul edirik. Heç bir soyqırım qaçılmaz olmayıb.

Bu, minilliklər boyu davam edən antisemit nifrətin kulminasiyası idi.

Nasistlərin hesablanmış qəddarlıqla Avropa yəhudilərinə qarşı ayrı-seçkilikdən onların qətlə yetirilməsinə keçə bilməsinin tək səbəbi insanların çox az qisminin etiraz etdiyi bir vaxtda, bir çoxunun buna biganə qalması olmuşdu.

Məhz qulaq batıran sükut – həm vətəndə, həm də xaricdə - onları cəsarətləndirirdi.

Həyəcan təbili ən başından çalınırdı. Nifrət nitqi və dezinformasiya. İnsan hüquqlarına və qanunun aliliyinə hörmətsizlik.

Şiddətin təşviqi və irqi üstünlüyü haqqında söhbətlər. Demokratiya və müxtəlifliyə nifrət.

Holokostu xatırlayarkən, biz azadlığa, ləyaqətə, insanlıq əleyhinə bu gün də davam edən təhdidləri unutmamalıyıq.

Bu gün – iqtisadi vəziyyət və siyasi qeyri-sabitliklə bağlı artan narazılıq, irqi üstünlüklə tərəfdarlarının terror təhlükəsini artırması, nifrət və dini fanatizmin çoxalması qarşısında – hər zamankindən daha qətiyyətli olmalıyıq.

Biz heç vaxt Holokostu unutmamalı və başqalarının da onu unutması, inkar və təhrif etməsinə icazə verməməliyik.

Bu gün və hər gün bəla qarşısında bir daha susmamaq və hər kəsin ləyaqəti və hüquqlarını həmişə qorumaq qərarını verək.

Təşəkkür edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR