BMT QAK Azərbaycanda hüquqi yardım göstərdiyi şəxslərin sayını açıqlayıb

BMT QAK Azərbaycanda hüquqi yardım göstərdiyi şəxslərin sayını açıqlayıb
# 18 yanvar 2022 11:00 (UTC +04:00)

"BMT QAK Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra öz torpaqlarından didərgin düşən vətəndaşlara köməklik göstərib".

APA-nın məlumatına görə, bunu Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı Qərarlar Toplusunun nəşri ilə bağlı keçirilən tədbirdə BMT QAK-ın ölkə üzrə nümayəndəsi Guido Ambroso deyib.

O bildirib ki, 1995-1997-ci illərdən başlayaraq təşkilat qaçqın düşmüş şəxslərə maddi yardımla yanaşı, hüquqi yardımlar da göstərib: "İkinci Qarabağ Müharibəsinə qədər bizim təşkilat tərəfindən qaçqın düşmüş 10 mindən çox şəxsə hüquqi yardımlar göstərilib. Bundan başqa BMT QAK vətəndaşlığı olmayan və yaxud vətəndaşlığı təhlükə altında olan şəxslərə də köməklik göstərib. Çünki vətəndaşlığı olmayan şəxslərin taleyi bizi çox maraqlandırır. 90-cı illərin sonundan indiyədək 221 nəfər vətəndaşlığı olmayan şəxsə hüquqi yardım göstərilib. Həmin şəxslər hazırda vətəndaşlıq alıb, şəxsiyyət vəsiqəsi ilə təmin olunublar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR