BMT: Selektiv abortlar nəticəsində qız uşaqlarının sayında kəskin azalma müşahidə edilir

BMT: Selektiv abortlar nəticəsində qız uşaqlarının sayında kəskin azalma müşahidə edilir
# 30 iyun 2022 10:25 (UTC +04:00)

Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulduğu ölkələr sırasında ilk yerlərdə dayanır.

APA xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı ölkə ofisinin rəhbəri Fərid Babayev deyib.

İSİM, UNFPA, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən “Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi üzrə işin təşkili” konfransında çıxış edən UNFPA-nın nümayəndəsi qeyd edib ki, hazırda Azərbaycan doğulan uşaqların cinsə görə nisbətinin pozulduğu ölkələr sırasında ilk yerlərdə dayanır:

“Çox təəssüf ki, selektiv abortlar nəticəsində doğulan qız uşaqlarının sayında kəskin azalma müşahidə edilir. Lakin "Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi" layihəsi çərçivəsində bu sahədə bölgələrdə geniş maarifləndirmə işləri aparılıb. Sevindirici haldır ki, hər il müsbət transformasiya müşahidə edilməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR