BMU-nun ingilis dilində tədris aparılan ixtisaslarına qəbul dayandırılıb

Bakı Mühəndislik Universiteti

© APA | Bakı Mühəndislik Universiteti

# 07 iyun 2022 17:31 (UTC +04:00)

Bakı Mühəndislik Universiteti ingilis dilində tədris aparılan ixtisaslara qəbulun dayandırılmasına aydınlıq gətirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Elman Babayev APA-ya açıqlamasında bildirib ki, qəbul planı kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir:

"Bakı Mühəndislik Universitetinin ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb. Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR