Böyük və Kiçik Qafqazda çay hövzələrində qarölçmə işləri aparılacaq

Böyük və Kiçik Qafqazda çay hövzələrində qarölçmə işləri aparılacaq
# 26 yanvar 2023 09:52 (UTC +04:00)

Qış aylarında yüksək dağlıq ərazilərə yağan qar nəticəsində toplanan qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev APA-ya bildirib ki, bu ilin yanvar ayının 1-ci ongünlüyündə dağlıq ərazilərdə yağan qar kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

“Yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə bu ilin mart ayının 1-ci yarısında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində qarölçmə işləri aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR