BQXK: Laçın yolundan 5000 ərzaq və gigiyenik bağlama daşınıb

BQXK: Laçın yolundan 5000 ərzaq və gigiyenik bağlama daşınıb
# 22 mart 2023 13:49 (UTC +04:00)

Bu ay Laçın yolundan istifadə etməklə 5000 ərzaq və gigiyenik bağlama Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) anbarına daşınıb.

Bu barədə APA-ya BQXK-dan bildirilib.

“Onlar ehtiyaclı insanlara paylanacaq”, - məlumatda deyilir.

Həmçinin vurğulanıb ki, bu, 3500 qida və gigiyena bağlamaya əlavədir ki, BQXK tərəfindən bu il fiziki reabilitasiya mərkəzlərinə, qocalar evlərinə, uşaq və hamilə qadınlara dəstək mərkəzinə, həmçinin dərman və körpələr üçün süni qidaların göndərildiyi səhiyyə müəssisələrinə tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR