BQXK Naftalanda jurnalistlər üçün məlumat sessiyası keçirib - FOTO

BQXK Naftalanda jurnalistlər üçün məlumat sessiyası keçirib - FOTO
# 29 noyabr 2022 14:50 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Naftalanda münaqişənin təsir etdiyi ərazilərdə işləyən jurnalistlər üçün məlumat sessiyası təşkil edib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə bölgədə çalışan jurnalistlər iştirak edib.

Tədbirdə çıxış edən BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, tədbirin əsas məqsədi regiondakı fəaliyyətləri barədə media nümayəndələrinə məlumat vermək, onların suallarını cavablandırmaqdır.

Sessiyada qeyd edilib ki, komitə Azərbaycanda 1990-cı ildən sonra işə başlayıb. Bu zamana qədər olan dövrdə BQXK-nın regiondakı fəaliyyəti, saxlanılan şəxslərlə aparılan işlər haqda məlumat verilib. Həmçinin itkin düşmüş şəxslərin axtarışlarında BQXK-nin rolundan bəhs olunub. Qeyd olunub ki, münaqişə ilə bağlı 90-cı illərdən sonra regionda təqribən 4500 itkin düşmüş şəxs var. Onların 3800 nəfəri BQXK-nın Bakı və Bərdə ofisləri tərəfindən qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR